525.Az

"İmtahanda istənilən nəticəni əldə etməmək həyatın bitməsi demək deyil" - Təhsil eksperti


 

"İmtahanda istənilən nəticəni əldə etməmək həyatın bitməsi demək deyil" - <b style="color:red">Təhsil eksperti</b>

“Bir imtahan nəticəsi gəncin gələcəyini və potensialını müəyyən etmir. Bu mərhələdə abituriyentlərin ən çox ehtiyac duyduğu şey qınaq və təzyiq deyil, anlayış, motivasiya və düzgün istiqamətləndirmədir. Unutmayaq ki, hər çətinlik yeni bir başlanğıcın və daha böyük uğurların təməlini qoya bilər”.

Bunu 525.az-a təhsil eksperti Əmrah Həsənli bildirib. Ekspert qeyd edib ki, ali təhsil önəmlidir, lakin uğura aparan yeganə yol deyil. İmtahanda istənilən nəticəni əldə etməmək həyatın bitməsi demək deyil: 

“Müasir dövrdə gənclər üçün bakalavr təhsili ilə yanaşı peşə təhsili, beynəlxalq sertifikat proqramları və müxtəlif inkişaf istiqamətləri mövcuddur. Hər bir gəncin öz potensialını reallaşdıracağı fərqli bir yolu var. İmtahan sadəcə bir mərhələdir, gələcəyinizə vurulan son möhür deyil. Əsas olan özünüzə inanmaq, doğru istiqaməti müəyyənləşdirmək və hədəflərinizdən vaz keçməməkdir”.

Sevinc Qarayeva 
 

 





06.07.2026    çap et  çap et