Asiya fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub
525.az xəbər verir ki, Asiya-Sakit Okean regionunun aparıcı fond indeksləri üzrə keçirilən son ticarət sessiyası qarışıq nəticələrlə yekunlaşıb.
Yaponiyanın Nikkei 225 indeksi 703,56 bənd və ya 1,01% azalaraq 69 040,51 bəndə enib. Ölkənin digər əsas indeksi TOPIX isə 0,19% və ya 7,91 bənd artaraq 4 072,51 bənd olub.
Honq-Konqun Hang Seng indeksi 0,87% (203,09 bənd) yüksələrək 23 553,12 bəndə çatıb. Çinin CSI 300 indeksi də 0,29% və ya 13,90 bənd artımla 4 856,07 bənd səviyyəsində qərarlaşıb.
Avstraliyanın S&P/ASX 200 indeksi isə 0,26% (23,11 bənd) geriləyərək 8 821,30 bəndə düşüb.
Bütövlükdə regionu əhatə edən MSCI AC Asia Pacific indeksi isə 1,94% yüksələrək 275,36 bənd təşkil edib.
çap et