"Balideyn anlamalıdır ki, heç nə onun övladının canından əziz deyil. İmtahanın nəticəsi necə olursa olsun, heç bir halda faciə deyil: Valideynlər çalışmalıdırlar ki, övladları məyus olmasın, ruhdan düşməsin. Onlara ürək-dirək verməli, ali məktəbə qəbul olmasa belə, qorxulu heç nə baş verməyəcəyi, növbəti ildə özünü təkrar sınamaq şansının olduğu deyilməlidir”.
Bu fikri 525.a təhsil eksperti Elçin Əfəndi deyin. Təhsil eksperti qeyd edib ki, valideynlər övladlarını ali məktəbə qəbul olsun, tələbə adı qazansın arzusu, ümidi ilə hazırlıqlara, repetitor yanına aparır, xeyli xərc çəkir, vaxt itirirlər. Uşaq isə qəbul imtahanında gözlənilən nəticəni göstərə bilməyəndə, bal toplamayanda valideyn istər-istəməz məyus olur. İctimai qınaq isə bir tərəfdən. Ancaq bütün bunlara rəğmən valideynlər anlamalıdırlar ki, heç nə onların övladının canından artıq deyil:
“İmtahan nəticəsi nə olursa olsun, abituriyent imtahandan ən aşağı bal belə toplasa da, valideyn təmkinini qorumalı, heç nə övladın sağlığından, canından üstün deyil deməlidir. Valideyn övladına dəstək, dayaq olmalıdır ki, o da özünü toplayıb növbəti il üçün imtahanlara hazırlaşa bilsin. Çünki, valideynindən dəstək yox, basqı görən uşaq özünü lazımsız, ata-anasını məyus edən, üzünü güldürməyi bacarmayan, bacarıqsız insan hesab edib canına qıyır”.
Sevinc Qarayeva
çap et