"Hər bir məktəbdə psixoloqun olması vacibdir. Hətta şagirdlərə bir yox bir neçə psixoloq psixoloji dəstək göstərməlidir. Şagirdlərin psixoloqa olan ehtiyacı ödənilmədiyindən, psixoloji problemlər həllini tapmadığından intihar halları artır".
Təhsil eksperti Elçin Əfəndi bunu 525.az-a bildirib. Ekspertin sözlərinə görə, psixoloqlar şagirdlərlə iş apararsa, onların psixoloji durumu ilə bağlı müxtəlif layihələr üzərində işləsələr, şagirdlər intihar həddinə gəlib çatmazlar. Yaxud da bu halların qarşısı alınar. Məktəblərdə psixoloqların sayı artırılmalıdır və onlar mütəmadi olaraq, əsasən də yuxarı sinif şagirdləri ilə söhbətlər aparmalıdırlar:
"11-cilərlə daha güclü psixoloqlar işləməlidir. Həm yetkinlik dövrünün müəyyən mərhələsi olduğu üçün, həm də qəbul imtahanları onlarda gərginlik yaradır deyə, bu uşaqlarla ünsiyyət çox önəmlidir. Məktəblərdə ağır dərs rejimi, imtahan stressi, dərsdən kənar müxtəlif ailə problemləri uşaqların psixologiyasına ciddi təsir edir. Peşəkar mütəxəssislər onlara bu problemlərin həllində düzgün istiqamət verə bilərlər”.
Sevinc Qarayeva
çap et