525.Az

Çində daşqınlar 5 nəfərin həyatına son qoyub


 

Çində daşqınlar 5 nəfərin həyatına son qoyub<b style="color:red"></b>

Çində güclü daşqınlar səbəbindən minlərlə insan təxliyə edilib və xilasetmə qrupları daşqın sularında qalanlara çatmaq üçün səylərini davam etdirir.

525.az xəbər verir ki, bu bardə “Xinhua” agentliyi məlumat yayıb.

Bildirilib ki, Liaoin əyalətinin Fuşun bölgəsində dünən gün ərzində başlayan güclü yağışların yaratdığı daşqınlarda beş nəfər ölüb. Daşqınlardan zərər çəkmiş ərazilərində yaşayan 3596 nəfər təhlükəsiz yerlərə təxliyə edilib.

Guangxi əyalətinin Fançenqanq şəhərində daşan çaylar küçələri gölə çevirib. Xilasetmə qrupları daşqın sularında qalanlara kömək etmək üçün şişmə qayıqlardan istifadə ediblər.

İbrahim Cəfərov

 





06.07.2026    çap et  çap et