Somali kəşfiyyatı Orta Şabel bölgəsində “Əş-Şəbab” terror qruplaşmasına qarşı qarşı xüsusi əməliyyat keçirib.
525.az xəbər verir ki, bu barədə Somali Milli Kəşfiyyat və Təhlükəsizlik Agentliyi (NISA) açıqlama yayıb.
Bildirilib ki, əməliyyat zamanı 7 terrorçu zərərsizləşdirilib. Əməliyyatın terror təşkilatının hücum planlaşdırma qabiliyyətinə ağır zərbə vurduğu qeyd olunub.
Qeyd edək ki, 2006-cı ildə yaradılan “Əş-Şəbab” uzun illərdir Somali hökumətinə və beynəlxalq sülhməramlı qüvvələrə qarşı hücumlar həyata keçirir.
İbrahim Cəfərov
çap et