525.Az

Bəzi rayonlara leysan yağır


 

Bəzi rayonlara leysan yağır<b style="color:red"></b>

Azərbaycanın bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır. Yağıntılar ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterlidir.

525.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 6-sı saat 11:00-a olan məlumatında qeyd edilib.

Düşən yağıntının miqdarı Xızıda 20, Xaltanda 18, Lerikdə 15, Şuşa, Şahdağda 4, Kəlbəcər, Füzulidə 2, Şərur, Şahbuz, Ordubad, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Qusar, Tərtər, Yardımlı, Astara, Ağdam, Zəngilan, Laçın, Qubadlı, Xankəndi, Xocalıda 1 mm-dir.

 





06.07.2026    çap et  çap et