525.Az

Azərbaycan və Yunanıstan parlamentlərarası əməkdaşlığın inkişafını müzakirə ediblər


 

Azərbaycan və Yunanıstan parlamentlərarası əməkdaşlığın inkişafını müzakirə ediblər<b style="color:red"></b>

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Yunanıstanın Azərbaycandakı səfiri Maria Papakonstantinou parlamentlərarası əməkdaşlığın inkişafını müzakirə ediblər.

525.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində bildirib.

"Biz Azərbaycan-Yunanıstan münasibətlərinin, parlamentlərarası əməkdaşlığın inkişafı məsələləri, eləcə də ölkələrimiz arasında dialoqun daha da möhkəmləndirilməsi imkanları barədə fikir mübadiləsi apardıq", - o yazıb.

 





06.07.2026    çap et  çap et