525.Az

Bakıda orta əməkhaqqı 8 faizə yaxın artıb


 

Bakıda orta əməkhaqqı 8 faizə yaxın artıb<b style="color:red"></b>

Bu ilin yanvar-aprel aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 385,9 manat təşkil edib.

Bu barədə 525.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2025-ci ilin ilk 4 ayı ilə müqayisədə 7,8 % artıb.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin müvafiq dövrünə nisbətən 6,5 % artaraq 1 172,1 manat təşkil edib.

 





06.07.2026    çap et  çap et