525.Az

Bu il Bakıda yerinə yetirilmiş inşaat işlərinin göstəriciləri açıqlanıb


 

Bu il Bakıda yerinə yetirilmiş inşaat işlərinin göstəriciləri açıqlanıb<b style="color:red"></b>

Bu ilin yanvar-may aylarında Bakı şəhərində yerinə yetirilmiş ümumi inşaat işlərinin 86,2 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

525.az-a bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, yanvar-may ayları ərzində paytaxtın tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 81,1 %-ini inşaat, yenidənqurma və bərpa, 8,8 %-ini əsaslı təmir, 6,2 %-ini cari təmir, 3,9 %-ini isə sair tikinti işləri təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycanda tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 79,3 %-ini inşa, yenidənqurma və bərpa, 9,3 %-ini əsaslı təmir, 7,4 %-ini cari təmir, 4 %-ini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 87,8 %-ini qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri yerinə yetiriblər.

 





06.07.2026    çap et  çap et