525.Az

"Cənub bölgəsindəki sürüşmə sahələrində aktivləşmə müşahidə olunur"


 

"Cənub bölgəsindəki sürüşmə sahələrində aktivləşmə müşahidə olunur"<b style="color:red"></b>

Hazırda respublikanın cənub bölgəsindəki sürüşmə sahələrində aktivləşmə müşahidə olunur.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov məlumat verib.
 
S. Əmiraslanov bildirib ki, son günlər cənub bölgəsinə yağmış qarın əriməsi nəticəsində Masallı-Yardımlı avtomobil yolundakı mövcud sürüşmə sahələri aktivləşib: “Son vaxtlar düşən atmosfer yağıntıları nəticəsində Masallı-Yardımlı avtomobil yolunun kənarlarında, eyni zamanda Yardımlının dağlıq kəndlərində əvvəllər mövcud olan sürüşmə sahələrində aktivləşmə müşahidə olunub”.
 
Qeyd edək ki, bu ilin əvvəlində cənub regionuna qarın yağması nəticəsində Lənkəran-Lerik avtomobil yolunda və Masallının Xəlifələr kəndindəki torpaq sürüşməsi baş verib.

 





10.03.2015    çap et  çap et