"Rusiya-Çin arasında birgə hərbi təlimlər hər hansı ölkəyə qarşı yönəlməyib, bu cür əməkdaşlıq təhlükəsizlik üçün mühüm amildir”
525.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Birgə hərbi təlimlərimiz heç kimə, regionun hər hansı dövlətinə qarşı yönəlməyib. Hər kəs də bunu əsas götürməlidir. Əksinə, Rusiya ilə Çin arasında belə mühüm və məsuliyyətli sahədə əməkdaşlıq regionda təhlükəsizliyin təmin olunmasına töhfə verən çox vacib amildir", - Peskov əlavə edib.
Pərvanə Sultanova
çap et