525.Az

Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində premyera


 

Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində premyera<b style="color:red"></b>

Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində yapon yazıçısı Akutaqava Ryunosukenin "Kesa və Morita" əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.

525.az-a İttifaqdan bildirilib ki, Məhəmməd Verdizadənin quruluşunda təqdim olunan tamaşada gənc aktyorlar Rəna Pənahova və Məhəmməd Gülmalıyev çıxış ediblər.

Tamaşada sevgi, ehtiras, vicdan, fədakarlıq, insanın daxili mübarizəsi və mənəvi məsuliyyət ön plana çəkilir.

 

 





06.07.2026    çap et  çap et