525.Az

“Telefon söhbəti Rusiyanın mövqeyini çatdırmaq üçün fürsət oldy” -  Peskov


 

“Telefon söhbəti Rusiyanın mövqeyini çatdırmaq üçün fürsət oldy” - <b style="color:red"> Peskov</b>

Rusiya prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında baş tutan telefon danışığı Moskvanın Kiyev və Avropanın eskalasiyaya üstünlük verdiyi ilə bağlı mövqeyini ən yüksək səviyyədə çatdırmaq üçün yaxşı imkan oldu.

525.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu, mövqeyimizi ən yüksək səviyyədə, ABŞ prezidentinə birbaşa çatdırmaq üçün yaxşı fürsət idi", - o deyib.

Əlavə edib ki, Donald Tramp Vladimir Putin tərəfindən ona çatdırılan məlumatları dinləməyə açıqdır. 

Peskov söyləyib ki, Trampın mövqeyi ardıcıldır və Ukraynada baş verənləri anladığına əmindir. Liderlər yaxın gələcəkdə təmaslarının davam edəcəyini başa düşürlər.

Pərvanə Sultanova

 





06.07.2026    çap et  çap et