İyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitində Avropa liderləri Ukraynaya iki il ərzində ən azı 140 milyard avro yardım ayıracaqlarını açıqlayacaqlar.
525.az xəbər verir ki, bu barədə Almaniya hökumətindəki mənbələrə istinadən "Handelsblatt" nəşri məlumat yayıb.
Qeyd olunub ki, ABŞ Kiyevin maliyyələşdirmə layihəsindən imtina etməyi planlaşdırır.
Məlumat görə, Aİ liderləri və Kanada tərəfindən hazırlanmış sammit bəyannaməsi layihəsində Kiyev üçün 2026-cı ildə 70 milyard avro və 2027-ci ildə də ən azı eyni məbləğdə yardım paketi nəzərdə tutulub.
Alyansın bəyannaməsində ölkələr və ya kvotalar üzrə töhfələrin bölgüsü nəzərdə tutulmayıb, ona görə də ödənişlərin məbləği hər bir üzv ölkə ilə fərdi olaraq müzakirə olunacaq.
Nəşr ABŞ-ın bu layihədən geri çəkildiyini vurğulayıb. Bundan əlavə, Vaşinqton Kiyevin maliyyələşdirilməsini və ya alyansa üzvlüyünü NATO sammitinin gündəliyinə daxil etməməkdə israr edib.
Daha əvvəl AFP xəbər agentliyi diplomatik mənbələrə istinadən NATO ölkələri və Kanadanın Ankarada keçiriləcək alyansın sammitində Ukraynaya 2026 və 2027-ci illər ərzində 70 milyard avroluq hərbi yardım göstərmək barədə razılığa gəldiyini yazıb.
Pərvanə Sultanova
çap et