Avropa İttifaqı Şurasının sədri António Koşta 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammitində iştirak edəcək.
525.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb.
O, 7 iyulda NATO liderlərinin işçi şam yeməyində iştirak edəcək, 8 iyulda isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
NATO sammiti çərçivəsində işgüzar şam yeməyində strateji məsələlər, xüsusən də Avropanın militarizasiyasının maliyyələşdirilməsi üzrə Avropa İttifaqı ilə NATO arasında əməkdaşlıq müzakirə olunacaq.
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen də sammitə dəvət olunub.
Pərvanə Sultanova
çap et