525.Az

“Problemli məsələlərin həllinə ümid edirəm” - Paşinyan Mişustinlə görüşdə


 

“Problemli məsələlərin həllinə ümid edirəm” - <b style="color:red"> Paşinyan Mişustinlə görüşdə</b>

Ermənistanın Baş naziri Nikol Paşinyan Yekaterinburqda rusiyalı həmkarı Mixail Mişustinlə görüşdə mövcud problemlərin həll olunacağına ümid etdiyini bildirib.

525.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Paşinyan görüş ikitərəfli gündəmdəki bütün məsələləri müzakirə etmək üçün yaxşı fürsət adlandırıb.

“Son zamanlar bəzi problemli məsələlər ortaya çıxıb və ümidvaram ki, onları müzakirə edib həll edəcəyik. Həm seçkilərdən əvvəl, həm də sonra Rusiya Federasiyası ilə münasibətlərimizi daha da inkişaf etdirməyə sadiqik. Əlbəttə ki, biz Avrasiya İqtisadi İttifaqında iştirakımızda nəzərdə tutulan mexanizmlərin planlaşdırıldığı kimi işləməsini təmin etməkdə maraqlıyıq. Hesab edirəm ki, bu, Aİİ-nin gələcək inkişafı üçün maraq kəsb edir”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistan konstruktiv mövqedədir, bütün məsələləri və nüansları müzakirə edib aydınlaşdırmağa ümid edir.

Pərvanə Sultanova

 





06.07.2026    çap et  çap et