“Azercell Telekom” MMC fakturalı xətt istifadəçiləri üçün yeni nəsil “Alfa Plan” tariflərini təqdim edir.
Müxtəlif istifadə vərdişləri və ehtiyacları nəzərə alınaraq hazırlanan “Alfa Plan” portfelinə “Alfa Plan 12GB”, “Alfa Plan 25GB” və “Alfa Plan 40GB” tarifləri daxildir. Müasir istifadəçi ehtiyaclarına cavab verən yeni təklif internet və danışıq dəqiqələri ilə yanaşı, əlavə xidmət üstünlüklərini vahid tarifdə birləşdirir.
Rahat ödəniş imkanları: “Alfa Plan” istifadəçiləri nömrəyə ayrılan kredit limitindən faydalanaraq mobil xidmətlərdən fasiləsiz yararlanmaq, ödənişlərini 45 günədək həyata keçirmək imkanı əldə edir.
Azərbaycanda ilk dəfə uzunmüddətli abunə modeli: Yeni tariflərin daha bir üstünlüyü uzunmüddətli abunə modelinin tətbiqidir. Yerli telekommunikasiya bazarında ilk dəfə olaraq təqdim edilən bu model çərçivəsində istifadəçilər tarif paketlərinə 1 illik müqavilə ilə qoşulduqda aylıq abunə haqqına 10%, 2 illik müqavilədə isə 20%-dək endirim əldə edə bilərlər.
Əlavə üstünlüklər: Seçdikləri tarifdən asılı olaraq istifadəçilər SIM kartın ödənişsiz dəyişdirilməsi, müraciətlərinin prioritet qaydada icrası və
Azercell müştəri xidmətləri mərkəzlərində “Sürətli xidmət” kimi əlavə üstünlüklərdən də yararlana bilərlər.
Azercell-in Yeni “Alfa Plan” tarifləri ilə ən üstün mobil rabitə təcrübəsindən faydalanın!
Əlavə məlumat üçün: Alfa Plan tarifi|Azercell
çap et