Hindistanda dişi şirin çobana hücumu müşahidə kameralarına düşüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında Qucarat ştatında baş verib.
Qoyunları otaran çobanı yerə yıxan şir onu dərhal öldürməyib. Qolunu gəmirərək yarım saata yaxın şikarının yanında dayanıb. Bu müddətdə kənd sakinləri qışqıraraq və daş-kəsək ataraq heyvanı qorxutmağa çalışıblar. Bu, onlarda alınıb. Ağır vəziyyətdə olan çoban xəstəxanaya çatdırılıb. Baş verənləri əks etdirən görüntülər qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb.
Yeri gəlmişkən, Hindistanda, əsas da Qucarat ştatında şirlərin insanlara hücumu tez-tez olur. İl ərzində 25 civarında belə fakt qeydə alınır.
L Tağıyeva
çap et