525.Az

Şri-Lankada həbsxanada iğtişaş - 25 ölü


 

Şri-Lankada həbsxanada iğtişaş - <b style="color:red"> 25 ölü</b>

Paytaxt Kolombo yaxınlığındakı Neqombo şəhərciyi yaxınlığındakı həbsxanada dustaqlar arasında kütləvi dava-dalaş baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 25 nəfər  öldürülüb, 100-dən çox məhbus yaralanıb.

Hazırda ölənlərin şəxsiyyəti müəyyənləşdirilir. Onların 4-ü mühafizə xidmətinin əməkdaşıdır. Yerli hakimiyyət orqanları həbsxanada asayişi bərpa etmək üçün hərbçilərdən istifadə edir. 

Qeyd edək ki, iğtişaşın hansı səbəbdən baş verdiyi bəlli deyil.

L.Tağıyeva

 





07.07.2026    çap et  çap et