525.Az

Kuba yenidən qaranlığa qərq oldu


 

Kuba yenidən qaranlığa qərq oldu<b style="color:red"></b>

Ötən gün bütün ölkə ərazisində elektrik enerjisinin verilməsi dayandırılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları sosial şəbəkə hesablarında məlumat yayıblar.

10 milyon insanın işıqsız qaldığı bildirilir. Elektrik enerjisinin kəsilməsinin səbəbləri bəlli deyil. Hazırda problemin nədən qaynaqlandığı aydınlaşdırılır və aradan qaldırılması istiqamətində iş aparılır.

Qeyd edək ki, bu ilin martında da analoji hadisə baş vermiş, ölkənin bir neçə bölgəsi 20 saata yaxın elektrik enerjisiz qalmışdı.

L.Tağıyeva

 





07.07.2026    çap et  çap et