525.Az

Hindistanda bina çöküb - 6 ölü


 

Hindistanda bina çöküb - <b style="color:red"> 6 ölü</b>

Hindistanın Mumbay şəhərində güclü musson yağışları səbəbindən çoxmərtəbəli bina çöküb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər həlak olub, 1 nəfər isə yaralanıb.

Hadisə ilə bağlı araşdırma başlayıb.

Şəhərə təsir edən güclü yağış və güclü küləklər həmçinin Maharaj Beynəlxalq Hava Limanında uçuşların trafikində qısamüddətli fasilələrə səbəb olub.

Həmçinin yağışlar səbəbindən bölgədəki müəssisələrdə təhsil dayandırılıb.

İbrahim Cəfərov

 





07.07.2026    çap et  çap et