525.Az

Çində bənd uçub - yüzlərlə insan təxliyə edilib


 

Çində bənd uçub - <b style="color:red"> yüzlərlə insan təxliyə edilib</b>

Çinin Guangxi bölgəsində Maysak tropik fırtınasından təsirlənən bəndin iki hissəsi uçub.

525.az “South China Morning Post”a istinadən xəbər verir ki, ərazidən 300-dən çox insan təxliyə edilib və bölgədə fövqəladə vəziyyət elan edilib.

Sosial mediada paylaşılan görüntülərdə kənd təsərrüfatı torpaqları və telefon dirəklərinin daşqın suları altında qaldığı görünür.

İbrahim Cəfərov

 





07.07.2026    çap et  çap et