“Sürətli sürməmək üçün müəyyən həllər tətbiq edilir. Məhəccərlərlə bağlı magistral yollarda artıq bir neçə ildir, beton sədlər, nyucersilər qoyulur”.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev bunu 525.az-a deyib. Ekspert vurğulayıb ki, şəhərətrafı və şəhərdaxili yollarda məhəccərlər var. Sürücülərin sürət rejiminə əməl etməsi vacibdir:
“Həmçinin də trafiki sakitləşdirən elementlər artırılmalıdır ki, sürücülər istəsə belə, müəyyən hissələrdə sürətli sürə bilməsinlər. Şəhərdaxilində bu birmənalı şəkildə tətbiq olunmalıdır. Çünki sürətli sürülən zaman baş verən qəzaların nəticələri çox ağır olur, ölümlə nəticələnir. Ciddi təhlillər aparılmalıdır. Bəzi kadrlara baxılanda qəzanın hansı sürətlə baş verməsi çox önəmlidir. Yekun nəticənin formalaşmasına zəmin yaradan səbəb sürətdir”.
Sevinc Qarayeva
çap et