525.Az

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 5 faiz artıb


 

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 5 faiz artıb<b style="color:red"></b>

Bu il iyulun 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,2 % artaraq 887 129 təşkil edib.

525.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Yanvar-iyun ayları ərzində ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 5,1 % artaraq 61 368 olub.

Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 4 % artımla 242 208 təşkil edib.

 





07.07.2026    çap et  çap et