Bu ilin ikinci rübü ərzində Energetika Nazirliyi 65 icazə verib.
525.az nazirliyə istinadən xəbər verir ki, "İxrac nəzarəti haqqında" Qanuna əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) idxalı üzrə 56, ixracı üzrə 5 və tranziti üzrə 3 icazə verilib.
Həmçinin su elektrik stansiyaları və biokütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzrə isə 150 kilovatdan yuxarı elektrik enerjisinin istehsalı ilə bağlı 1 icazə verilib.
Bu dövrdə bütün icazələrin verilməsi 7 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.
çap et