Bu gün səhər saatlarında Suriyanın paytaxtı Dəməşqdə 2 partlayış olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, əldəqayırma bombalar səkidəki avtomobilə və zibil konteynerinə quraşdırılıbmış.
Partlayış nəticəsində 17 nəfər yaralanıb. Onlardan biri Suriyanın turizm nazirinin müavini Fərəc əl-Kaşkuşdur.
Partlayışı kimin törətdiyi bəlli deyil. Cinayətkarların müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır.
Qeyd edək ki, Suriya XİN partlayışın hazırda Suriyada səfərdə olan Fransa prezidenti Emmanuel Makronun məskunlaşdığı hoteldən xeyli aralıda olduğu və qonağa təhlükə yaratmasını barədə açıqlama verib.
L.Tağıyeva
çap et