525.Az

“Avropanın hərbiləşdirilməsi üçün vəsait var” - Baş katib


 

“Avropanın hərbiləşdirilməsi üçün vəsait var” -  <b style="color:red"> Baş katib</b>

“NATO 2027-ci ildən başlayaraq 4 milyon artilleriya mərmisi istehsal etməyə ümid edir”. 

525.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte alyansın Ankarada keçirilən sammitində deyib.

"NATO 2027-ci ildə mərmi istehsalını ildə 4 milyona çatdıracaq. Alyans ölkələri artıq yalnız NATO-nun hərbi-sənaye bazasını gücləndirmək üçün 37 milyard dollar sərmayə qoyub”, o əlavə edib.

Baş katib NATO müdafiə sənayesi liderlərinə müraciətində Avropanın militarizasiyası üçün pulun olduğunu və daha çox olacağını vurğulayaraq, onları bu puldan hərbi istehsalı genişləndirmək üçün istifadə etməyə çağırıb.

Rutte deyib ki, Rusiyanın hərbi sənayesi sutka ərzində 24 saat işləyir və ölkə iqtisadiyyatının qalan hissəsi onu dəstəkləyir. Bu baxımdano, Qərb hərbi-sənaye kompleksini NATO-nun hərbi-sənaye gücünü göstərməyə və bundan böyük qazanc əldə etməyə çağırıb.

Pərvanə Sultanova

 





07.07.2026    çap et  çap et