525.Az

“Aİ-nin hərbi büdcəsi 200 milyard avronu keçəcək” - AK sədri


 

“Aİ-nin hərbi büdcəsi 200 milyard avronu keçəcək” - <b style="color:red"> AK sədri</b>

Avropa İttifaqının 2028-2034-cü illər üçün yeddi illik büdcəsində hərbi xərclər 200 milyard avronu keçəcək.

525.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Ankarada NATO sammitində deyib.

"Aİ-nin yeni çoxillik büdcəsində hərbi imkanlar üçün 131 milyard avro, hərbi mobillik üçün 71 milyard avro ayrılacaq", - o bildirib.

AK sədri, həmçinin Avropa İttifaqı ölkələrinin hərbi xərclərinin maliyyələşdirilməsinə dəstək məqsədilə hazırlanmış Aİ proqramlarını xatırladıb.

Onun fikrincə, bu proqramlar 2030-cu ilədək Aİ üzrə hərbi ehtiyaclar üçün 950 milyard avroya qədər vəsaitin cəlb olunmasına imkan verə bilər.

Aİ-nin 2028–2034-cü illəri əhatə edən yeddiillik büdcəsi təşkilatın tarixində belə böyük hərbi xərclərə malik ilk büdcə olacaq.

Pərvanə Sultanova

 





07.07.2026    çap et  çap et