525.Az

Tramp Türkiyəyə F-35 satılması barədə - "Mütləq qərar verəcəyik"


 

Tramp Türkiyəyə F-35 satılması barədə - <b style="color:red"> "Mütləq qərar verəcəyik"</b>

“Biz bu gün ticarət, müdafiə, İran və bir çox digər məsələləri müzakirə edəcəyik. Böyük işlər görmüşük, görürük və görəcəyik”. 

525.az xəbər verir ki, bunu  ABŞ prezidenti Donald Tramp Ankarada Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşdə deyib.

Tramp bildirib ki, Türkiyə bir çoxlarından daha sadiq müttəfiq olub.

O, Türkiyəyə "F-35" qırıcılarının satılması ilə bağlı da danışıb:

“F-35 məsələsini həll edəcəyik. Bununla bağlı mütləq qərar verəcəyik”.

Pərvanə Sultanova

 





07.07.2026    çap et  çap et