525.Az

İyulda pensiyalar və sosial yardımların ödəniləcəyi tarix məlum olub


 

İyulda pensiyalar və sosial yardımların ödəniləcəyi tarix məlum olub<b style="color:red"></b>

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının bu ayın 22-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.

525.az-a bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd olunub ki, ünvanlı sosial yardımların da bu ayın 24-dən gec olmayaraq ödənilməsi planlaşdırılır.

 





07.07.2026    çap et  çap et