"Mən NATO ilə bağlı çox məyus olduğumu demişəm, Ərdoğan olmasaydı, bu zirvə toplantısında iştirak etməzdim”.
525.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib.
“Dostum Ərdoğan çox güclü bir liderdir. İtaliya, Fransa, Almaniya bizi yarı yolda buraxdı. Bəs niyə biz yüz minlərlə dollar xərcləyirik, onlar isə bizə köməyə gəlmədilər? Türkiyə İrana və İranın nüvə proqramına qarşı hərbi əməliyyatın dayandırılması prosesində də konstruktiv rol oynadı.
Əminəm ki, prezident də İranın nüvə silahına sahib olmasını istəmir. Deyə bilərəm ki, indi Türkiyə ilə münasibətlərimiz heç vaxt olmadığı qədər yaxşıdır”, - Tramp bildirib.
Pərvanə Sultanova
çap et