525.Az

Naxçıvanın bəzi ərazilərində su kəsiləcək


 

Naxçıvanın bəzi ərazilərində su kəsiləcək<b style="color:red"></b>

Naxçıvan Muxtar Respublikasının bəzi ərazilərində iyulun 10-da suyun verilişində fasilə olacaq.

525.az xəbər verir ki, diametri 355 millimetr olan magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar həmin gün saat 00:00-dan etibarən Naxçıvan şəhərinin Zərifə Əliyeva, Əliqulu Qəmküsar küçələri, 10 və 11-ci küçələr, Atabəylər, Babək, Əlincə, Azərbaycan, 6, 54, 56, 58, 60 və 61-ci məhəllələri, həmçinin Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərinin su təchizatında gün ərzində müvəqqəti fasilə yaranacaq.

Qəzanın aradan qaldırılmasından sonra suyun əvvəlki rejimlə verilişi bərpa olunacaq.

 





07.07.2026    çap et  çap et