525.Az

ABŞ Türkiyəyə qarşı CAATSA sanksiyalarını ləğv edir 


 

ABŞ Türkiyəyə qarşı CAATSA sanksiyalarını ləğv edir <b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi) sanksiyalarının ləğv ediləcəyini açıqlayıb.

525.az xəbər verir ki, bu barədə Tramp Ankarada Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib.

“Biz bu sanksiyaları aradan qaldıracağıq. Mən bunu deyə bilərəm. Bu suala cavab vermək üçün vaxt itirməyə ehtiyac yoxdur. Mən birbaşa deyirəm, biz çox yaxın tarixdən danışırıq. Biz bu embarqoları, bu sanksiyaları qaldırırıq, onların artıq vaxt gəlib çatıb. Biz dostlarımızı sanksiyalar altında saxlamaq istəmirik, bu çox sadədir. Dostlarımıza sanksiyalar tətbiq etmirik”, - Tramp deyib.

Pərvanə Sultanova

 





07.07.2026    çap et  çap et