Sosial bərabərlik və insan hüquqları bütün dövrlərdə filosof, tarixçi və hüquqşünasların əsas araşdırma mövzusu olub. Müasir dövrümüzə gəlib çatmış elmi traktatlarda bu məsələ ilə bağlı təsvir olunan yeni baxışlar cəmiyyətdə hər zaman rezonans doğurub, lakin əksər hallarda hakim elitanın strategiyasına uyğun gəlmədiyi üçün qarşısı alınıb.
Yeni ideyaları reallığa çevirmək və mövcud qaydaları dəyişdirmək məqsədilə kütlə zaman-zaman müxtəlif hərəkatlar təşkil edib, nəticədə cəmiyyət özü üçün yeni liderlər seçib. Hakimiyyətə və mülkiyyətə münasibətləri dəyişdirməyə də məhz həmin liderlər müvəffəq olublar. Məsələn, tarixdə hər şeyin iki dəfə baş verməsi ilə bağlı ilk fikrin müəllifi Hegel olsa da, “Dünyanın bütün böyük tarixi hadisələri və şəxsiyyətləri təkrarlanır – birinci dəfə faciə, ikinci dəfə fars kimi” söyləyən Karl Marks bu nəzəriyyəni daha da aydın izah edərək adını tarixə yazıb. Hegel hesab edirdi ki, tarixi təkrarlar təsadüfi deyil, əvvəllər sadəcə ehtimal kimi görünən hadisə sonradan əsl reallığa çevrilir və cəmiyyət tərəfindən qəbul olunur. Marks isə söyləyirdi ki, birinci baş vermiş hadisə gerçək idealları və böyük dəyişiklikləri təmsil etdiyi üçün bir faciədir. Tarixi öyrənməyib bu hadisələri təqlid etməyə çalışanlar isə gülünc təqlidçi olduqları üçün fars (komediya) yaratmış olurlar.
Bundan əlavə, yeni ideya və konsepsiyaların banisi, kapitalizmin mahiyyətini anlamaq üçün hələ də həlledici əhəmiyyət kəsb edən nüfuzlu "Kapital" əsərinin müəllifi olan Karl Marks təkcə Avropanın deyil, həm də bir çox xalqların, o cümlədən bir qədər modernləşdirilmiş formada SSRİ-nin inkişafında əsas rol oynamış ideyaları geridə qoydu. Lakin obyektiv amillərə görə, 1990-cı illərin əvvəllərində imperiya dağıldı, nəticədə beynəlxalq hüquq subyektlərinin təsiri və ayrı-ayrı xalqların güclü iradəsi altında yeni müstəqil dövlətlər meydana çıxdı. Əslində bu prosesin özü də ilkin kapitalist reallığı şəraitində hakimiyyətə gələn yeni elitanın fəlsəfi düşüncə tərzində həmişə xoş qarşılanmırdı, yəni cəmiyyətin əmlak bölgüsündə mütləq nəzarətinin olmaması, dəyərin mənfəət əldə etmək məqsədi ilə yeni dəyər əldə etmək üçün istifadə edilməsi, təbii ki, bu dövlətlər arasındakı münasibətlərə təsir göstərmiş və həm iqtisadi, həm də sosial toqquşmalara, daha sonra isə birbaşa hərbi müdaxiləyə səbəb olmuşdu.
Karl Marksın dünya mentalitetində iz buraxan fikirlər ifadə etdiyi bir vaxtda, Xaçatur Abovyan "Ermənistanın yaraları" adlı tarixi romanını qeydə alaraq öz xalqının yalanlarını ifşa edir. “Bizim dil ən azə əlli faiz türk sözlərindən ibarətdir” deyən erməni tarixçisi öz xalqının əsrlər boyu uydurduğu bir çox yalanları bu əsərdə etiraf edir. Təbii ki, Cənubi Qafqaz xalqlarını bir-birinə qarşı çıxarmaq, tarixi həqiqətlərdən uzaq yalan hekayələr uydurmaq "parçala və hökmranlıq et" prinsipinin memarlarına yaraşırdı. Bu ideyalar müasir Ermənistanın siyasi reallıqlarına o qədər hopub ki, hətta Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan da onları gizlədə bilməyib. O, Qarabağda kütləvi qətl, soyqırım törədən canilərlə görüşü zamanı Ermənistanı azərbaycanlılardan təmizləmək ideyasının 600 illik yaşı olduğunu etiraf edib. Təsadüfi deyil ki, böyük Zəfər qazandığımız 44 günlük Vətən müharibəsinin bitməsindən beş ildən çox vaxt keçsə də, hələ də sülh müqaviləsi imzalanmayıb. Bu işdə Brüssel, Moskva, Vaşinqton və digər qlobal oyunçuların əvəzsiz rolu var. Yalançı Minsk Qrupu qalıqlarının təxribatçı manevrlərinə baxmayaraq, Azərbaycan sülh danışıqları potensialını inamla nümayiş etdirərək 8 avqust 2025-ci ildə Vaşinqtonda saziş imzaladı. Beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan bu saziş Azərbaycanın ideyası idi. Prezident İlham Əliyev Cənubi Qafqazda həqiqətən yeni bir geosiyasi vəziyyət yaratdı. Beynəlxalq hüquq prinsiplərinə sadiq qalaraq, o, yenidən Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ilə görüşündə Cənubi Qafqazda sülhün bərqərar olması əzmini ifadə etdi. Cənubi Qafqazda sülhün bərqərar olmasını istəməyənlər, müharibələrin alovunu yenidən alovlandırmaq üçün hər cür təxribata əl atmağa hazır olan qüvvələr isə hələ də xam xəyallarla yaşayırlar. Azərbaycan hərbi cinayətlər törətmiş şəxslərin məhkum edilməsi üçün sivil, yüksək standartlara uyğun prosedur həyata keçirməklə beynəlxalq hüququn tələblərinə riayət etdiyini açıq-aşkar nümayiş etdirdi. Təbii ki, müharibə carçıları və başqa xalqlara köləliyi rəva görənlər bizim bu saf niyyətimizi, sivil jestimizi dərk etməzlər. Son bir neçə ildə Cənubi Qafqazda sülh və əmin-amanlığın bərqərar olması üçün bütün yaddaqalan və nəzərəçarpan addımlar məhz bizim tərəfimizdn atılıb. Bu gün Ermənistana neft məhsulları tədarük edən və tranzit yük daşınmasına icazə verən məhz Azərbaycandır.
İstintaq qrupunun rəhbəri kimi mən 1994-97-ci illərdə Azərbaycan vasitəsilə Ermənistana neft məhsullarının qaçaqmalçılığı ilə bağlı çoxsaylı cinayətləri araşdırmışam. O dövrdə həm Rusiyadan, həm də Azərbaycandan neft məhsulları daşınırdı. Prokurorluğun statistikasına 1700-dən çox qatar vaqonu daxil idi. Geniş çeşiddə cinayət sxemlərindən istifadə olunub, bu cinayətlərdə iştirak edənlərin bəziləri məhkum edilib, digərləri isə digər cinayətlərə görə cəza çəkir. Bu neft məhsulları Ermənistanın hərbi sənayesini qidalandırırdı. Lakin Karl Marksın dediyi kimi, əmtəə-pul-əmtəə sxeminin mövcud olmaq hüququ var idi. İndi xalqlarımızın qanuni ticarət etmək imkanı var. Və bu, həqiqətən də doğru və arzuolunandır.
Görünür, baş nazir Nikol Paşinyanın mifik “Böyük Ermənistan" ideyasını ifşa etməsi cəmiyyət tərəfindən də dəstəklənir. Əks halda Ermənistanda keçirilən 7 iyun parlament seçkilərində baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Mülki Müqavilə" partiyası səslərin mütləq əksəriyyətini qazanaraq lider olmazdı. Bu o deməkdir ki, erməni xalqı pulsuz naharla özünü "qəyyumluqdan" azad etmək istəyir. Beynəlxalq Cinayət Məhkəməsinin Qəzzadakı müharibə zamanı törədilməsi iddia edilən "hərbi cinayətlər" və "insanlığa qarşı cinayətlərə" görə həbsinə order verdiyi İsrailin Baş naziri Benyamin Netanyahunun “erməni soyqırımını” tanımasına Paşinyanın verdiyi cavab onun əsl niyyətini bir daha ortaya çıxarmış oldu. Ermənistanın baş naziri Nikol Paşinyana Netanyahu hökumətinin qondarma "erməni genosidini" tanıması barədə verilən sualla bağlı bildirib ki, buna cavab vermək rəsmi İrəvanın mənafeyinə uyğun deyil. N.Paşinyan İsrailin qondarma "erməni soyqırımı"nı tanıması təşəbbüsünə rəsmi İrəvanın reaksiya verməyəcəyini və bunu ehtiyac görmədiklərini bildirib. O, bu məsələnin siyasi alətə çevrilməsindən uzaq durmağın Ermənistanın maraqlarına və regional barış vizyonuna uyğun olduğunu vurğulayıb. Nikol Paşinyanın bu "etiraf"a verdiyi cavab onun regionda sülhün tərəfdarı olduğunu, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı isə Azərbaycanın Cənubi Qafqazda sülhü bərpa etmək öhdəliyini bir daha nümayiş etdirmiş oldu.
İlham MƏMMƏDOV
Təqaüddə olan ədliyyə polkovniki
çap et