525.Az

“İmişli”də yeni məşqçi təyinatı


 

“İmişli”də yeni məşqçi təyinatı<b style="color:red"></b>

“İmişli” məşqçilər heyətini Zamir Həsənovla gücləndirib.

525.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. UEFA Pro lisenziyalı mütəxəssis komandada köməkçi məşqçi vəzifəsində fəaliyyət göstərəcək. Tərəflər arasında 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Zamir Həsənov uzun illər AFFA-da müxtəlif yaş qrupları üzrə milli komandalarda məşqçi və baş məşqçi kimi fəaliyyət göstərib. O, həmçinin AFFA-nın təhsil departamentində məşqçi-təlimatçı kimi çalışaraq məşqçi hazırlığı prosesinə töhfə verir. 

Xatırladaq ki, Zamir Həsənov “Şamaxı”, “Şəfa” klublarında, eləcə də “Zirə” və “Səbail” Akademiyalarında çalışıb.

 





07.07.2026    çap et  çap et