Argentina millisinin lideri Lionel Messi dünya çempionatları tarixində növbəti rekorda imza atıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı futbolçu mundiallar tarixində ən çox qol ötürməsi verən futbolçu olub.
Messi DÇ-2026-nın 1/8 finalında Misirə qarşı keçirilən matçın 79-cu dəqiqəsində Kristian Romeroya məhsuldar ötürmə verib. Bununla da, o, karyerası ərzində dünya çempionatlarında 9-cu dəfə qol ötürməsi müəllifi olub. Messi bu nəticə ilə həmyerlisi, əfsanəvi Dieqo Armando Maradonanı geridə qoyub. Maradonanın hesabında 8 məhsuldar ötürmə var idi.
Xatırladaq ki, Argentina millisi Misir üzərində 3:2 hesablı əzmkar qələbə qazanmaqla dünya çempionatında 1/4 finala yüksəlib.
İbrahim Cəfərov
çap et