525.Az

Dünya çempionatlarında 3000-ci qol vuruldu


 

Dünya çempionatlarında 3000-ci qol vuruldu<b style="color:red"></b>

DÇ-2026-nın 1/8 finalında Misirə qarşı keçirilən oyunda Argentina millisinin üzvü Enzo Fernandesin vurduğu qol tarixə düşüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi dünya çempionatları tarixində 3000-ci qolun müəllifi olub.

Mundiallarda 1000-ci qolu niderlandlı Rob Rensenbrink vurub. 2000-ci qolun müəllifi isə İsveç yığmasının üzvü Markus Albek olub.

Xatırladaq ki, Enzo Fernandesin 90+2-ci dəqiqədə vurduğu qol Argentina yığmasına Misir üzərində 3:2 hesablı qələbə qazandırıb.

İbrahim Cəfərov

 





08.07.2026    çap et  çap et