“Bu gün dünyada onlayn ticarət sürətlə inkişaf edir, geniş yayılır. Onlayn ticarətə üstünlük verənlərin sayı günbəgün artır. Hər şey onlayn əlçatan olduğu üçün insanların marketə getməsinə ehtiyac qalmır. Rahat bir şəkildə evdən istədiyi məhsulu sifariş edir və həmin məhsul qapısına qədər çatdırılır. Bu tendensiya Azərbaycana da gəlib çıxıb. Hazırda bu sistem inkişaf etmiş ölkələrdə olduğu kimi əlkəmizdə də geniş yayılıb. Əgər insanlar bütün ərzaq məhsullarını evdən sifariş edə bilirlərsə görünən odur ki, gələcəkdə iri supermarketlərə və hipermarketlərə gedənlərin sayı azalacaq”.
Bunu itisadçı ekspert Pərviz Heydərov deyib. Ekspert qeyd edib ki, texnologiyanın inkişafı ticarət sahəsində bəzi peşələrə olan ehtiyacı azaldacaq:
“Fikrimcə, yaxın gələcəkdə supermarketlərdə kassir peşəsin ttamamilə aradan qalxacağını düşünürəm. Kassaların əksəriyyəti avtomatlaşdırılacaq. Anbar işçilərinin, qablaşdırma ilə məşğul olan əməkdaşların gördüyü işlərin də müəyyən hissəsi robotlar tərəfindən yerinə yetiriləcək. Bu, pərakəndə ticarət şəbəkələrinin inkişafının təbii nəticəsidir”.
Sevinc Qarayeva
çap et