“Son bir ildə avtobus parkının yenilənməsi prosesi xeyli sürətlənib. Həm iri, həm də kiçik daşıyıcılar mərhələli şəkildə yeni avtobuslar alırlar. Bu proses ötən ildən başlayıb və 2026-2028-ci illər ərzində başa çatdırılması nəzərdə tutulur”.
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bunu 525.az-a bildirib. Ekspertin dediyinə görə, dövlət artıq brutto-müqavilə modelinə keçib. Bu sistem çərçivəsində daşıyıcılara hər kilometrə görə subsidiya veriləcək. Bu da onları avtobus parkını daha sürətlə yeniləməyə, texniki xidmət və mütəmadi təmir işlərinə daha çox diqqət ayırmağa stimullaşdıracaq:
“Bu gün avtobuslar normadan artıq yüklə işləyir. Əslində avtobus sərnişini metroya və dəmiryolu stansiyalarına çatdıran fider nəqliyyat rolunu oynamalıdır. Sərnişindaşımanın əsas yükünü isə relsli nəqliyyat öz üzərinə götürməlidir”.
Sevinc Qarayeva
çap et