Bu ilin I yarısında Bakı metrosu ilə 112 milyon sərnişin səfər edib.
Bu barədə 525.az-a "Bakı Metropoliteni"QSC-dən məlumat verilib.
Bildirilir ki, ötən ilin I yarımili ilə müqayisədə 0,3 % artım qeydə alınıb.
Məlumata görə, sərnişinlərin 62 %-i Qırmızı, 34 %-i Yaşıl, 4 %-i isə Bənövşəyi xətt üzrə daşınıb. I yarımilin lideri 10 032 772 sərnişinlə "Koroğlu" stansiyası olub. 819 536 sərnişinlə aprelin 3-də I yarımilin ən çox sərnişin daşınan günü olub.
NFC və QR bilet vasitəsilə ümumilikdə 53 173 812 ödəniş həyata keçirilib. Bu göstərici I yarımildə metrodan ödənişli istifadə edən sərnişinlərin 48,94 %-ni təşkil edib.
"Əlçatan metro" xidməti çərçivəsində 1051 sifariş icra olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə xidmətdən istifadə edənlərin sayının 64,5 % artdığını göstərir.
çap et