525.Az

"Müəllimlərə bu problemi aradan qaldırmaq üçün dəstək göstərməliyik" - Təhsil eksperti


 

"Müəllimlərə bu problemi aradan qaldırmaq üçün dəstək göstərməliyik" - <b style="color:red">Təhsil eksperti</b>

“Sertifikasiya imtahanına qeydiyyat zamanı kompüterdən istifadə ilə bağlı müəyyən məhdudiyyətləri yaranır. Hesab edirəm ki, bu zaman müəllimlərə bir dəstək mexanizminin tətbiqi məqsədəuyğundur. Çünki həqiqətən də elə müəllimlər var ki, kompüterdən və digər texnoloji vasitələrdən istifadə zamanı ciddi çətinlik yaşayırlar. Məhz bu səbəbdən həyəcanlanır, panikaya düşür və suallara düzgün cavab verə bilmirlər”.

Bunu təhsil eksperti Qoşqar Məhərrəmov 525.az-a söyləyib. Ekspert deyib ki, müəllimlər sualı düzgün oxuyur, anlayır və doğru cavabı müəyyən edirlər. Sadəcə, bəzi məllimlər cavabı kompüterdə düzgün şəkildə qeyd etməkdə çətinlik çəkirlər:

“Hesab edirəm ki, müəllimlərə bu problemi aradan qaldırmaq üçün dəstək göstərməliyik".

Sevinc Qarayeva 
 

 





08.07.2026    çap et  çap et