525.Az

İyunun “Ulduz”u çapdan çıxdı


 

İyunun “Ulduz”u çapdan çıxdı<b style="color:red"></b>

“Ulduz”un iyun sayı İntiqam Yaşarın “Özüylə söhbəti və şeirləri” ilə açılır.

525.az xəbər verir ki, “Sənət”də Təranə Vahid  bir tamaşanın tarixindən – “Günahsız Abdulla, 62 dəqiqəlik şedevr və 42 il”dən yazır.

“Nəsr” Məmməd Məmmədlinin “Yer”, Furqanın “Taktika” və “Protez dişlər”, Mübariz Cəfərlinin  “Başsızlar”, Əlisəfdər Hüseynovun “F= - F”, Mətanən Ulu Şirvanlının  “Nənəmin qəbri” hekayələrini təqdim edir.

“Şeir vaxtı”nda Ceyhun Ötkəm, Günay Ümid, İradə Aytel, Cavid Qasımovdur.

“Esse”də  Seyran Səxavət “Sözün belindən gələn adam”dan yazır.

“Tribuna”da Mobil Aslanlı Huntürk “H.B.Zərdabinin yaradıcılığında sağlam yaşam tərzi problemi”ni araşdırır.

“Debüt”də “Yeddi məktub, bir həqiqət” hekayəsi ilə 13 yaşlı istedadlı gənc  Zəminə Məmmədovadır.

“1+1”də Fəridə Abdullayeva, İlkin Əhmədoğlu, Əminə Həbibdir.

Jurnalın bu sayında Elşad Barat, Nargilə Yusifqızı, Sübhan Vüqaroğlu, Fuad Biləsuvarlı, qürbətdə yaşayan Akif Azalpın gənclik şeirləri yer alır.

“Dərgidə kitab”da “Sözümün canı”yla Əsəd Cahangirdir.

 





08.07.2026    çap et  çap et