Cənubi Koreya hökuməti Ukraynaya 100 milyon dollar həcmində humanitar yardım göstərəcək.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Vi Son Lak bildirib.
NATO-nun Ankarada keçirilən sammiti zamanı təşkil olunan brifinqdə koreyayı məmur yardımın hərbi xarakter daşımadığını da qeyd edib.
Xatırladaq ki, Cənubi Koreyanın yüksək vəzifəli rəsmiləri bundan əvvəl də ölkələrinin Ukraynaya hərbi yardım göstərməyəcəyini bildirmişdilər.
L.Tağıyeva
çap et