525.Az

Misir Futbol Federasiyası FİFA-ya şikayət etdi


 

Misir Futbol Federasiyası FİFA-ya şikayət etdi<b style="color:red"></b>

Misir Futbol Federasiyası dünya çempionatının 1/8 final mərhələsində Agrentinaya 2:3 hesablı məğlubiyyətdən sonra FİFA-ya şikayət məktubu göndərib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, məktubda Fransua Leteksyenin başçılığı ilə oyunu idarə edən fransalı hakimlər briqadasının bəzi qərarlarının səhv olduğu bildirilir.

Xüsusilə Misirin qeydə alınmamış qolu və Argentinanın hesabda irəli çıxdığı epizodların yenidən araşdırılması və hakimin mundialdan uzaqlaşdırılması tələb olunur.

Xatırladaq ki, dünən 1/8 fnal mərhələsində keçirilən Misir - Argentina matçında misirlilər hesabda 2:0 öndə olmalarına baxmayaraq, sonradan 3 qol buraxaraq turnirlə vidalaşdılar. Bu oyunda Misir yığmasının 1 qolu VAR-ın müdaxiləsindən sonra ləğv edildi.

L.Tağıyeva

 





08.07.2026    çap et  çap et