“Valideynlər də övladlarının yay tətilini səmərəli keçirmələri üçün alternativlər ortaya qoymalıdır. Onlar tətil müddətində övladlarını müxtəlif muzeylərə, tarixi, görməli yerlərə apara bilərlər. Əgər belə səfərləri ölkə xaricinə təşkil edə bilmirlərsə, ən azından Azərbaycanın müxtəlif regionlarına səfər edə bilərlər”.
Bunu Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov 525.az-a deyib. Cəmiyyət sədri bildirib ki, yay tətili günlərində şagirdlərin sağlamlıqlarının qayğısına da qalmaq vacib məqamlardandır:
“Valideynlər bu dövr ərzində övladlarını müxtəlif idman klublarına yazdıra bilərlər. Alternativlər çoxdur. Sadəcə valideynlər bu məsələyə diqqət yetirməlidirlər. Şagirdlərin yay tətilinin səmərəli təşkili ilə bağlı hər bir ailənin öz proqramı olmalıdır. Valideyn övladını yay tətilini bu proqrama əsasən səmərəli təşkil etməlidir”.
Sevinc Qarayeva
çap et