525.Az

Heqsetin İsrailə səfəri ləğv edilib


 

Heqsetin İsrailə səfəri ləğv edilib<b style="color:red"></b>

ABŞ-ın müdafiə naziri Pit Heqset İsrailə planlaşdırılan ilk səfərini ləğv edib. 

525.az xəbər verir ki, bu barədə The Jerusalem Post (JPost) mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, qısa səfəri zamanı Heqsetin İsrailin Baş naziri Binyamin Netanyahu və müdafiə naziri İsrael Katz ilə görüşləri gözlənilirdi.

Hazırda o, ABŞ prezidenti Donald Trampla Ankarada keçirilən NATO sammitində iştirak edir. Heqsetin səfəri ABŞ-ın İrana yenidən zərbə endirməsi kontekstində planlaşdırılırdı. 

Səfərin ləğvinin səbəbləri açıqlanmayıb.

Pərvanə Sultanova

 





08.07.2026    çap et  çap et