525.Az

"Belə məhsulları davamlı yemək zamanla orqanizmi zəhərləyir" - Mütəxəssis


 

"Belə məhsulları davamlı yemək zamanla orqanizmi zəhərləyir" - <b style="color:red"> Mütəxəssis</b>

"Məhsul becərilməsi zamanı kimyəvi dərmanlardan normadan artıq istifadə zərərlidir. Doza həddini aşanda kimyəvi qalıqlar meyvələrin üzərində qalır. Belə məhsulları davamlı yemək zamanla orqanizmi zəhərləyir və toksik maddələr bədəndə toplanır".   

Bunu 525.az-a sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova söyləyib.

Mütəxəssis qeyd edib ki, belə meyvələrdən istifadə zəhərlənməyə səbəb olur:

"Bunun ilkin əlamətləri baş ağrısı, ürəkbulanma, allergik reaksiyalar kimi özünü göstərir. Uzun müddət yüksək pestisid qalığı olan meyvə və tərəvəzlərin qəbulu daha ciddi fəsadlara gətirib çıxara bilər. Elmi araşdırmalar göstərir ki, bədəndə pestisidlərin çoxalması müəyyən xərçəng növlərinin yaranma riskini artırır, sinir və hormonal sistemə, böyrəklərə, qaraciyərə və reproduktiv sağlamlığa ziyan vurur. Uşaqlar, yeniyetmələr, hamilə və süd verən qadınlar bu təsirlərə karşı daha həssasdırlar. Hamiləlik dövründə yüksək miqdarda pestisid təsiri dölün inkişafına mənfi təsir göstərə bilər. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında da xəbərdarlıqlar yer alır".

Sevinc Qarayeva 

 





08.07.2026    çap et  çap et