Azərbaycan Respublikası Hökuməti və Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən həmsədri dəyişib.
525.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Sərəncamında edilən dəyişiklikdə əksini tapıb.
Sərəncama əsasən, Komissiyanın həmsədri Azərbaycan Respublikasının iqtisadiyyat naziri təyin edilib. İndiyə qədər Komissiyanın həmsədri Anar Axundov – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini idi.
Xarici İşlər Nazirliyi bu Sərəncam ilə edilən dəyişikliklər barədə Çex Respublikası tərəfinə müvafiq bildiriş göndərməılidir.
çap et