525.Az

Azərbaycan Rusiyada vergidən yayınma ilə mübarizəni müzakirə edib


 

Azərbaycan Rusiyada vergidən yayınma ilə mübarizəni müzakirə edib<b style="color:red"></b>

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Rusiyanın Sankt-Peterburq şəhərində "Vergi islahatlarının nəzəriyyəsi və praktikası" mövzusunda XVIII Beynəlxalq Simpoziumda vergidən yayınma halları ilə mübarizədə innovasiyaların rolunu müzakirə edib.

525.az DVX-yə istinadən xəbər verir ki, tədbirdə Rusiya Federal Vergi Xidmətinin Neva Akademiyası, Sankt-Peterburq Politexnik Universitetinin İqtisadiyyat və Sənaye Menecmenti İnstitutu, digər elm-təhsil müəssisələri, habelə Çin, Almaniya, Özbəkistan və digər ölkələrin nümayəndələri iştirak ediblər.

Tədbirdə texnoloji innovasiyaların fiskal stimullaşdırılmasının nəzəri-metodoloji, infrastruktur və praktiki aspektləri, vergidən yayınma halları ilə mübarizədə innovasiyaların rolu, regional və sahəvi çağırışlar, süni intellekt və texnologiyaların tətbiqində və ölkənin texnoloji suverenliyinin təmin edilməsində vergi siyasətinin strateji istiqamətləri kimi mövzular müzakirə edilib. İştirakçılara texnoloji innovasiyaların vergi stimullaşdırılması üzrə müsbət təcrübələr təqdim olunub.

Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyev tədbirdə iştirak edib. N. Əliyev "Vergi cinayətkarlığı ilə mübarizədə innovativ texnologiyaların istifadəsi" və "Texnoloji innovasiyaların vergi stimullaşdırılması üzrə Azərbaycan təcrübəsi" mövzularında təqdimatlarla çıxış edib. DVX təmsilçisi simpozium çərçivəsində keçirilmiş "Vergi inzibatçılığı sistemində rəqəmsal analitika" mövzusunda təlimdə də iştirak edib.

 





08.07.2026    çap et  çap et